Yol polisi yolda qalan sürücüyə belə kömək edib - FOTO

2 gün əvvəl şəxsi işimlə əlaqədar Xızı rayonuna getməli oldum. Xızı rayonun girəcəyində mənə məxsus olan avtomobilin təkəri partlayaraq tamamilə sıradan çıxdı. Tərslikdən nə ehtiyat təkərim nədə ki, təkəri açmaq üçün avadanlıqlarım yox idi. Yol kənarında dayanmış Xızı rayon Dövlət yol polisi əməkdaşları Manafov Ələşrəf Səbuhi oğlu və Ağayev Xəyal Eldar oğlu mənə yaxınlaşaraq köməklik göstərməyə başladılar. DYP-nin əməkdaşları maşının təkərini çıxardaraq öz xidməti maşınları ilə təkəri xeyli aralıda yerləşən təkər təmiri sexinə aparıb təmir etdirdilər və yenidən onu avtonəqliyyat vasitəsinin üzərinə qoyulmasında da mənə köməklik göstərdilər. Etiraf edim ki, DYP-nin əməkdaşları xidmətdə olduqlarından mənə bu qədər kömək edəcəklərini gözləmirdim. Hər zaman yaxın dostlarımdan eşidirdim ki, qərb qonşumuz olan Gürcüstan respublikasının DYP-nin əməkdaşları insanlara belə köməkliklər göstərir, hardasa bir insan olaraq bu kimi hallara yaxşı mənada həsəd aparırdım. Öz doğma torpağımda da bunu görmək mənə nəsib oldu və inanın ki, bu çox qürurvericidir. Arzu edirəm ki, bütün Azərbaycan Polisimiz xalqının xidmətində belə dursun. Mən bir daha Xızı rayon DYP-nin bu iki polis inspektorlarına dərin təşəkkürümü bildirirəm. Var olun.
Elnur Abbaszadə
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT











