Yol polisində işə düzəltmək adıyla 25 min rüşvət alan QHT sədri həbs edildi - FOTO
Gündəm
14 Sentyabr 2023 18:17

Vətən Müharibəsi Qazilərinə və Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Oqtay Mirəlizadə həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsi ilə məsuliyyətə cəlb edilib.
Belə ki, vətəndaşlardan biri hüquq-mühafizə orqanlarına müraciət edərək O.Mirəlizadənin ondan aldatma yolu ilə 25 min manat aldığını və geri qaytarmadığını bildirib.
Şikayətçinin sözlərinə görə, QHT rəhbəri onun övladını köçürmə yolu ilə DYP-də işə qəbul etdirəcəyinə vəd verib. Yüksəkvəzifəli tanışları vasitəsilə bu işi həll edəcəyinə söz verən Oqtay Mirəlizadə 2022-ci ilin mayında ondan Sumqayıtda yerləşən “Yaşar” restoranında 25 000 manat alıb. Lakin Mirəlizadə vədinə əməl etməyib və aldığı pulu geri qaytarmayıb. O, pulu işi həll etməsi üçün tanışına verdiyini bildirib.
Cinayət işinin materialları baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə O.Mirəlizadəyə 2 il müddətinə həbs cəzası verilib.
Oxunub : 3940
DİGƏR XƏBƏRLƏR
15 Oktyabr 2026 11:30
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
15 Oktyabr 2026 11:00
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
15 Oktyabr 2026 10:53
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
15 Oktyabr 2026 10:36
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
15 Oktyabr 2026 09:36
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
15 Oktyabr 2026 08:43
Bu yollarda tıxac var - SİYAHI
14 Oktyabr 2026 22:47
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
14 Oktyabr 2026 22:08
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
14 Oktyabr 2026 21:52
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
14 Oktyabr 2026 21:21
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
14 Oktyabr 2026 18:30
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
14 Oktyabr 2026 18:00
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
ŞƏRH YAZ













