Yol qəzalarında ölənlərin ailələri bu hadisələrin əleyhinə təbliğat aparacaq

Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı televiziya və radio verilişlərinin, sosial şəbəkə materiallarının və digər sosial reklamların, habelə nəşrlərin hazırlanması və yayılması, kütləvi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, velosipedçilərin, motosiklet və moped sürücülərinin yol hərəkəti qaydaları və təhlükəsizlik vasitələrindən istifadə barədə maarifləndirilməsi, belə vasitələrdən istifadə ilə bağlı təbliğat-təşviqat işinin aparılması, həmçinin televiziya və radio verilişlərinin, audiovizual və kütləvi nümayiş etdirilən və ya digər şəkildə açıqlanması nəzərdə tutulan əsərlərin hazırlanması zamanı yol hərəkəti təhlükəsizliyinin təbliği nəzərə alınacaq. Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olmuş şəxslərin ailə üzvlərinin və əlil olmuş şəxslərin iştirakı ilə yol-nəqliyyat hadisələrinin doğurduğu acı nəticələr barədə video materialların hazırlanması, onların yol hərəkət iştirakçılarına ünvanladıqları çağırışların kütləvi informasiya vasitələri ilə yayılması nəzərdə tutulub.
Bununla bağlı icraçı qurum qismində Milli Televiziya və Radio Şurası, Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Avtomobil Federasiyası və Bakı Nəqliyyat Agentliyi (BNA) göstərilib. Həmin qurumlar qeyd edilən istiqamətlər üzrə mütəmadi olaraq iş aparacaq. ("Report")
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA











