Yol tikintisinin ətraf mühitə təsirinə dair hesabat hazırlanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun (M5) yenidənqurma layihəsinin ətraf mühitə təsirinə dair aparılan monitorinqlə bağlı hesabat hazırlayıb.
Avtosfer.az “Report” -a istinadən xəbər verir ki, Asiya İnkişaf Bankı (ADB) üçün hazırlanmış hesabat 2019-cu ilin 1 iyul – 31 dekabr müddətini əhatə edir.
Sənəddə həmçinin Ətraf Mühiti İdarəetmə Planı (EMP), Konkret Ərazidə Ətraf Mühiti İdarəetmə Planı (SSEMP), mövcud qanunlara və ADB-nin təhlükəsizlik siyasəti qaydalarına uyğun gələn başqa sənədlərin həyata keçirilməsi nəzərdə tutulur.
Yenidənqurma işləri görüləcək yol iki hissədən ibarətdir. Birinci hissə Xaldan qəsəbəsində M4 yolu üzərindəki yol kəsişməsindən Şəki dairəvi yolla kəsişməyədək 46,5 kilometrə yaxın ikinci texniki dərəcəyə aid, ikncisi isə həmin yerdən Şəki şəhərinin girişindəki yol qovşağınadək 11 kilometrə yaxın (R57) üçüncü dərəcəyə aid olmalıdr.
Yoldakı yenidənqurma işləri nəticəsində Şəki şəhərinə nəqliyyat hərəkətinin və turist axınının artacağı güman edilir. Hazırda tikinti işləri “AzVirt” və “Kolin A.İn” şirkətlərilə imzalanmış müqavilələr çərçivəsində aparılır.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











