Yollarda ən çox təzyiq görən sürücülər kimlərdir? – Mütəxəssisdən AÇIQLAMA - VİDEO

Yeni sürücülərin yollarda yaşadığı çətinliklər və digər sürücülərin onlara münasibəti müzakirə mövzusu olub.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov “Avto FM” radiosunun efirində bildirib ki, sükan arxasına yeni əyləşən sürücülərin əksəriyyəti özlərinə tam güvənmədikləri üçün manevrləri ehtiyatla yerinə yetirirlər.
Onun sözlərinə görə, bəzi yeni sürücülər döngələrə daxil olarkən tərəddüd edir, bir neçə dəfə geri hərəkət etməli olur və ya manevri mərhələli şəkildə yerinə yetirirlər. Bu cür davranışlar təcrübəsizlikdən qaynaqlanır və onları qınamaq düzgün deyil.
Məşqçi bildirib ki, yeni sürücülərdə ən çox rast gəlinən hallardan biri də dönmə zamanı düzgün trayektoriyanın seçilməməsidir. O qeyd edib ki, bəzi sürücülər sağa dönmək istəyərkən əvvəlcə sola meyillənir, bu isə həm digər hərəkət iştirakçılarını çaşdırır, həm də təhlükəli vəziyyət yarada bilir.
Zolaq dəyişmə zamanı tərəddüd edən və ya uzun müddət qərar verə bilməyən sürücülərə yollarda tez-tez rast gəlinir. O hesab edir ki, belə hallarda digər sürücülərin davranışı xüsusi əhəmiyyət daşıyır.
“Yeni sürücünü görüb ona mane olmadan kömək edən sürücülər də var, əksinə, bunu fürsətə çevirib aqressiya göstərən, siqnal verərək onu daha da çaşdıran sürücülər də”, – deyə məşqçi bildirib.
Ekspert vurğulayıb ki, yeni sürücülərə qarşı anlayışlı yanaşmaq yol hərəkəti təhlükəsizliyi baxımından vacibdir. Onun fikrincə, aqressiv davranış və psixoloji təzyiq təcrübəsiz sürücülərin səhv etmə ehtimalını daha da artırır.
Eltac Zülfüqaroğlu
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












