Yollarda problem: "Bəzi küçə və prospektlərdə binalar, obyektlər yola çox yaxındır"

Marşrut xətləri üzrə avtobusların fasiləsiz hərəkətini təmin etmək və tıxacların qarşısını almaqla ictimai nəqliyyatı sərnişinlər üçün daha cəlbedici vəziyyətə gətirmək önəmli məsələlərdən biridir. Bu isə xüsusi avtobus zolaqlarının yaradılması məsələsini aktual edir.
Karantin dövründə aparılan müşahidələr isə avtobuslar üçün xüsusi xətlərin yaradılmasının əhəmiyyətini bir daha sübut etdi. Belə ki, avtomobillərin yoxlanılması üçün yaradılan postlar bir sıra yollarda sıxlıqlar yaratmaqla avtobusların hərəkət cədvəlinin pozulmasına səbəb olurdu.
Bəs Bakıda xüsusi avtobus zolaqlarının yaradılması üçün infrastruktur nə dərədəcə əlverişlidir?
Avtosfer.az-ın məlumatına görə məsələ ilə bağlı "MediaPost"a açıqlama verən nəqliyyat üzrə ekspert Yasin Mustafayev bildirdi ki,son zamanlar tıxacların aradan qaldırılması üçün bütün variantlar nəzərdən keçirilir:
"Xüsusilə də, avtobusların tıxaca düşməməsi ilə bağlı araşdırmalar aparılır. Bu araşdırmalardan və dünya təcrübəsindən yola çıxaraq deyə bilərik ki, avtobuslara xüsusi zolaq ayırmaqla onların dayanmadan hərəkətinin davam etməsini təmin etmək mümkündür. Bakı Nəqliyyat Agentliyi (BNA) bununla bağlı bir sıra araşdırmalar aparır".
Ekspert xüsusi zolaqların tətbiqinin reallığına nəzər saldıqda bir sıra problemlərin ortaya çıxdığına diqqət çəkir:
"Bəzi küçələrdə zolaqların tətbiqinin demək olar ki, mümkün olmadığını görürük. Çünki bəzi küçə və prospektlərdə yaşayış binaları, tikililər və obyektlər yola çox yaxın olduğu üçün orada əlavə zolaq artırmağa imkan yoxdur. Burada avtobuslar üçün əlavə zolaq yaradıldığı halda, avtomobillər və digər nəqliyyat vasitələri üçün zolaqların sayını azaltmaq məcburiyyətində qalırıq. Zolaqların yaradılması üçün həmin küçələrdə müəyyən söküntü və genişləndirilmələr aparıla bilər ki, bu da iqtisadi cəhətdən o qədər də səmərəli deyil. Bu səbəbdən də, avtobuslar üçün əlavə zolaq yaratmaq hər yerdə mümkün olmur. Yeni yaradılan küçələrdə isə bu məsələni nəzərə almaq vacibdir".
Y. Mustafayevin sözlərinə görə, Türkiyənin və digər ölkələrin böyük şəhərlərdə belə təcrübə mövcuddur:
"Məsələn, İstanbulda metrobus adlanan hərəkət sistemi var. Burada çoxtutumlu avtobuslar üçün xüsusi hasarlanmış zolaqlar mövcuddur ki, burada reysə istənilən sayda avtobuslar buraxmaq mümkün olur. Hətta avtobuslar metro kimi 1-3 dəqiqə interval ilə zolağa daxil ola bilər. Yəni, bu nəqliyyat vasitəsi sərnişindaşımada kifayət qədər böyük həcmə malikdir və effektiv sistemdir".
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ










