“Wolt” kuryerləri tətil elan etdi, “Bolt” əməkdaşları da onlara qoşulacaq - FOTO

Bakıda kuryerlər tətil çağırışı etdilər. Bu barədə məlumat “Facebook” sosial şəbəkəsində paylaşılıb. Belə ki, “Wolt” şirkətində kuryer işləyən 100-dən çox işçi bu gün işə çıxmayıb. İddiaya görə, onlar maaş artımı tələbilə şirkətin mobil proqramını dondurublar. İşçilərin iddialarına görə, “Wolt” şirkəti artıq kuryerlərin bir çoxunu işdən çıxarıb. Tətil təşkilatçılarının sözlərinə görə, maaş artımı tələb edəndə şirkətdən hədə-qorxu gəlirlər ki, işləmək istəyən, növbədə gözləyən yüzlərlə insan var.
“Səni psixoloji olaraq sındıraraq inandırırlar ki, sənin əhəmiyyətin yoxdur, sən sadəcə statistikasan, yüzlərlə kuryerdən birisən. Səndən növbədə yüzlərlədir”, - deyə çağırışda bildirilir.
Hər gün səhərdən-axşama “şeytan arabasıyla” yollarda şütüyən kuryerlər ötən aylar ərzində həyatın kəskin bahalaşdığını, maaşlarınsa yerində saydığını bildiriblər.
İşçilər birlikdə olmağın yaratdığı gücdən əmindirlər. “Kiçik qar dənəcikləri böyük qar topaları yarada bilir”, - deyə məlumatda qeyd edilib.
Adının açıqlanmasını istəməyən “Wolt” kuryerinin dediyinə görə, ödəniş son 2,5 il ərzində 2.7-2.8 manatdan 1.6 manata kimi azaldılıb: “Qiymətlər şirkət tərəfindən səbəbsiz şəkildə aşağı salınıb. Qiymətlərin aşağı salınmasına etiraz etdikdə isə şirkətdən “onsuz da işləmək istəyən çoxdur” cavabını alırıq”.
Kuryer qeyd edib ki, bənzər tendensiya digər kuryer şirkəti olan “Bolt”da da müşahidə edilir: “Kuryerlərin Telegram kanalında təşkilatlanmasına başlamışıq. Ayın 26-dan etibarən “Bolt” kuryerləri də bizə qoşulacaq”.
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI












