Yollardakı son vəziyyət AÇIQLANDI

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 17:00-a olan vəziyyət barədə məlumat yayıb.
Avtosfer.az həmin məlumatı təqdim edir:
“ZƏFƏR” yolu: Yağıntı yoxdur, 5-8 dərəcə şaxta var. Gün ərzində yolda nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem olmayıb, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Toğanalı - Kəlbəcər - İstisu: Yağıntı yoxdur, gün ərzində yolda nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem olmayıb. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 5-12 dərəcə şaxta müşahidə olunur. Bununla əlaqədar buzlaşmaya qarşı yolda müvafiq tədbirlər görülür. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Bakı - Quba: Marşrut üzrə yağıntı yoxdur, Quba və Qusar rayonları ərazisində 0-1 dərəcə şaxta var. Xınalıq yolunda zəyif qar yağır, 6-8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Giləzi - Xızı: Xızı rayonunun Altıağac kəndi ərazisinə zəif qar yağır, 0-1 dərəcə şaxta var. Qabaqlayıcı tədbirlər qismində, yola qum səpilib, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı-Qobustan: Yağıntı yoxdur, Qobustan rayonu ərazisində 5-6 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Qobustan - Şamaxı - Muğanlı: Yağıntı yoxdur, yolun Muğanlı ərazisində 1-2 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı – Ağsu-Yevlax: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı - İsmayıllı: Yağıntı yoxdur, 2-3 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
İsmayıllı - Qəbələ - Oğuz- Şəki: Yağıntı yoxdur, İsmayıllı və Qəbələ rayonları ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Yevlax - Şəki - Qax - Zaqatala: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Şəmkir - Gədəbəy: Hava dumanlıdır, hazırda yağıntı yoxdur, 5-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Gəncə - Daşkəsən: Hava dumanlıdır, hazırda yağıntı yoxdur. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülüb. 6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Ələt - Astara: Marşrut boyu sulu qar yağır şaxta yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Masallı – Yardımlı: Yardımlı rayonu ərazisində zəif qar yağır, 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Masallı rayonunda sulu qar yağır, şaxta yoxdur.
Lənkəran – Lerik: Lerik rayonu ərazisində zəif qar yağır, 5-6 dərəcə şaxta var. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Lənkəran rayonunda sulu qar yağır, şaxta yoxdur.
Bakı - Ələt – Hacıqabul - Ucar – Yevlax - Gəncə - Qazax: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul – Bəhramtəpə – Horadiz: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA








