Yoxlama nəticəsində yaranan tıxacları necə həll etmək olar? – EKSPERT RƏYİ

Son günlər nəqliyyat vasitələri ilə hərəkət edən vətəndaşların polis əməkdaşları tərəfindən yoxlanışdan keçirilməsinə görə, paytaxtın bir çox yerində tıxac yaranıb.
Avtosfer.az-ın məlumatına görə nununla bağlı TED.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, Yol Polisi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Bakı Nəqliyyat Agentliyi Vergilər Nazirliyi ilə birlikdə bu məsələyə bir daha nəzər salmalıdırlar: "Ciddi nəzarət olarsa, gördüyümüz tıxaclar yaranmayacaq".
E.Muradlı bildirib ki, sıxlığın müşahidə edilməsi nəqliyyat vasitələrinin artmasından irəli gəlir: "Amma o demək deyil ki, insanlar yola icazəsiz çıxırlar. Son günlər polis əməkdaşlarının apardığı nəzarət və profilaktiki tədbirlər nəticə verib, vətəndaşlar artıq sənədsiz yola çıxmırlar. Söhbət elə icazə sənədini almış insanlardan gedir. Sənədi necə alıblar? Sənədi olan şəxslərin yola çıxmasında zəruri məqam varmı? Sənədi verən müəssisələr hansıdır? Təhlil aparsaq, görərik ki, 30%-i boş-boş küçədə gəzənlər və yaxud şəxsi təxəyyülün nəticəsilə yola çıxanlardır. Elə MMC var ki, fəaliyyəti sıfırdır, illərlə vergi ödəmir. Amma bu gün həmin müəssisələrin adından bir çox insana icazə verilib. Bəzi media orqanları da var, adı mediadır, amma fəaliyyəti tam başqa istiqamətə yönəlib. İndi də bazar açıblar. Bəlkə də, elə media qurumunun ştat cədvəlinə baxsaq, rəhbər şəxsin özündən başqa işçisi yoxdur, amma 100-ə yaxın arayış verdiyini tam əminliklə demək olar. Həmin icazə əsasında bu cür insanlar jurnalist, fotoqraf, operator adı ilə küçələrdə gəzirlər. Düşünürəm ki, Operativ Qərargah karantin rejiminin uzadılması barədə qərar qəbul edəcəksə, bu məsələyə bir daha nəzər salınmalıdır. Beləliklə, daha əvvəl adını qeyd etdiyim şəxslər evdə qalacaqlar”.
“Boşluqlardan istifadə edən insanların qarşısı alınmalıdır, bunun ən vacib yolu yük maşınları, taksilər, zəruri halda yola çıxmasına icazə verilən avtomobillərlə bağlı müəyyən nizam-intizam qaydalarının yaradılmasıdır. Çünki həmin icazələrdən sui-istifadə olunur. Belələrinə qarşı ciddi tədbir görmək lazımdır. Düşünürəm ki, bunun üçün böyük imkanlar var, həm Yol Polisi, həm Vergilər Nazirliyinin, həm də Operativ Qərərgahın imkanları var ki, mərkəzi bazada bu məlumatların hamısını incələsinlər və nəzarət tədbirlərini daha da gücləndirsinlər”, — deyə mütəxəssis vurğulayıb.
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ










