Yük avtomobilindən 108 kiloqram heroin aşkarlanıb - FOTO + VİDEO

Azərbaycan gömrükçülərinin sayıqlığı nəticəsində İran İslam Respublikası ilə sərhəddə yük avtomobilindən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Azərbaycandan tranzit keçməklə İran İslam Respublikası Astara şəhərindən Ukrayna Respublikasının Kiyev şəhərinə yemiş, pomidor və badımcandan ibarət tərəvəz yükü aparan “Scania” markalı “AT1682CI/AT0023XT” dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və avtomobilə gömrük yoxlaması tədbiq edilib.
Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı
predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verdiyindən yük boşaldılıb. Təkrar yoxlama zamanı xidməti it 11 paletdə qablaşdırılan badımcan yükünə yenidən reaksiya verdiyindən xüsusi texniki nəzarət vasitələri ilə əsaslı yoxlama aparılıb.
Nəticədə standart ölçülü plastik yeşiklərin 100 ədədində “örtücü mal” qismində istifadə olunmaq məqsədilə yığılmış “badımcanların” altında, hər yeşikdə 2 ədəd olmaqla, ümumilikdə 200 ədəd yastı - düzbucaqlı formalı bağlamalar aşkar edilib. Baxış zamanı bağlamalarda preslənmiş halda, ümumilikdə 108 kiloqram spesifik qoxu ilə müşayiət olunan, açıq-qəhvəyi rəngli narkotik vasitə-heroinin qablaşdırıldığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev







Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










