Yük avtomobilindən külli miqdarda qanunsuz siqaret və dərmanlar aşkarlanıb - FOTO

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.
Komitədən Avtosfer.az-a verilən məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Amma gömrük baxışı zamanı nəqliyyat vasitəsinin salonunda ön şitin arxasında və mühərrikin üst hissəsindəki hava filtirinin içərisində gömrük nəzarətindən gizlədilən 1 800 ədəd "Marlboro Touch" markalı siqaret, üzərlərində "Xarelto 20 mg" yazısı olan 1 400 ədəd həb və "Proluton Depot 50mg/2 ml" yazısı olan 400 ampuladan ibarət dərman preparatları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev

Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA












