Yük avtomobilindən qanunsuz mobil telefonlar aşkarlanıb - VİDEO

Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Rusiyadan ölkəyə qaçaqmalçılıq yolu ilə xeyli sayda mobil telefonların gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olub.
DGK-dan Avtosfer.az-a verilən məlumata görə, həmin məlumat əsasında Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşları tərəfindən Rusiya istiqamətindən “Samur“ gömrük postunun idxal nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Cavadov Əlyar Sərdar oğlunun idarə etdiyi “SCANİA R420” markalı, 99 UR142/42ZA485 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin yanacaq çəninin içərisindən gömrük nəzarətindən gizlədilən, polietilen paketlərə sarınmış şəkildə 202 ədəd müxtəlif versiyalı “iPhone 11” markalı və 15 ədəd “Samsung S20” markalı, ümumilikdə 217 ədəd mobil telefonlar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











