Yük maşınından qanunsuz etiketlər aşkarlanıb - FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Daf XF 105 460" markalı yük nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşı saxlanılıb.
DGK-dan Avtosfer.az-a verilən məlumata görə, sorğu-sual zamanı o, avtomobildə gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.
Lakin gömrük yoxlaması nəticəsində həmin nəqliyyat vasitəsinin salonunda - oturacağın alt hissəsində, hava filtrinin içərisində gömrük nəzarətindən gizlədilən mallar aşkar edilib.
Bu mallar üzərində "R.Ş.A" yazılan 4 rulon, üzərində "R.Ş.A Collection" yazılan 98 000 ədəd, üzərində "Öznur" yazılan 1 100 ədəd, üzərində "İpek Home Collection" yazılan 3 500 ədəd etiketdən ibarət olub.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA















