Yük maşınının vurduğu piyadanın ayağı amputasiya edilib - MƏHKƏMƏ

Şəkidə piyadanın ağır xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elşad Behbudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Pərviz Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclası martın 19-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 32-ci kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində baş verib. Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Elşad Qərib oğlu Behbudov idarə etdiyi “Howo” markalı yük avtomobili ilə piyada, 1984-cü il təvəllüdlü Yevlax rayon sakini Seymur Süleyman oğlu Quliyevi vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarəti alan S.Quliyev Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb və sağ ayağı amputasiya edilib. E.Behbudova Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB










