Yüksək qan şəkəri COVID-19-dan ölüm riskini iki qat artırır

Yeni növ koronavirus (COVID-19) infeksiyasının daha bir qorxunc xüsusiyyəti müəyyən edilib. Xuaçjun Elmi-Texnologiya Universitetinin professoru Yan Çzinin rəhbərliyi altında həkimlər 24 yanvar və 10 fevral tarixləri arasında Uhan xəstəxanalarına qəbul edilən 600-dən çox xəstənin məlumatlarını təhlil ediblər. Çinli həkimləri müəyyən edib ki, yeni koronavirus qanda şəkəri yüksək olan xəstələrin ölüm riskini iki qat artırır. Hətta xəstə şəkərli diabetdən və ya piylənmədən əziyyət çəkməsə belə infeksiya pasiyentin ölümünə səbəb ola bilər. Həkimlər bildirir ki, koronavirus infeksiyası olan bir pasiyent xəstəxanaya daxil olan zaman öncə qanda şəkərin miqdarı ölçülməlidir. Onların nəticələri "Diabetologia" elmi jurnalı tərəfindən yayımlanıb.
Koronavirus (COVID-19) pandemiyası zamanı ürək, qan-damar sistemi xəstəliklərindən sonra şəkərli diabet xəstəliyi olanlar ikinci böyük risk qrupuna daxildirlər. Xüsusilə xəstəlikdən 10 ildən artıq əziyyət çəkənlər, yaşı 45-i adlayanlar, diabet ağırlaşması və piylənməsi olanlar, eləcə də siqaret çəkənlər daha yüksək risk qrupuna daxildirlər. (“Report”)
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











