Yüngül simptomlu COVID-19 xəstələri “deksametazon” dərmanından istifadə etməməlidir - AÇIQLAMA

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "deksametazon" preparatının COVID-19-un müalicəsində istifadəsi ilə bağlı verdiyi xəbərlərə aydınlıq gətirib.
Avtosfer.az xəbər verir ki, bu barədəTibb elmləri doktoru açıqlamasında bildirib ki, sözügedən elmi tədqiqat hələ elmi ədəbiyyatda dərc edilməyib və bugünə verilən məlumatlar sadəcə mətbuat vasitəsi ilə verdikləri informasiyalara əsaslanır:
"Bu tədqiqatın nəticələri son günlər geniş müzakirə olunur və deyilən şəkildə dərc olunarsa təbii ki, bu bir elmi uğurdur. Amma xüsusi olaraq vurğulamaq istəyirəm ki, "artıq deksametazon virusun tam müalicə üsuludur" deyərək bu məsələni çox da böyütmək və insanların hissləri ilə oynamaq lazım deyil. Bu tədqiqat o demək deyil ki, hər COVID-19 virusuna yoluxmuş şəxs bu preparatı apteklərdən əldə edib müalicəsində istifadə edə bilər. Bu dərman yalnız həkim təyinatı ilə və həkim nəzarəti altında qəbul edilməlidir. Preparatın təsirinin müsbət effekti isə tədqiqatda yalnız ağır tənəffüs çatışmazlığı olan xəstələrdə müəyyən edilib ki, bu da əslində praktiki təcrübələrdə digər avropa və asiya ölkələrində öncədən istifadə olunurdu".
Hər kəsi yeni fikir yürüdərkən elmi tədqiqatlara söykənməyə və qeyri tibb profilli xalq nümayəndələrini doğru maarifləndirməyə çağıran alim Azərbaycanda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə atılan addımlardan biri olaraq, cəmiyyəti maarifləndirməyə kifayət qədər zaman ayrılmasının vacibliyini vurğulayıb.
Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur - Prezident - VİDEO
DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər - FOTO - VİDEO
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı paylaşım edilib - VİDEO
Laləlikdə maşın sürmüşdülər, polis saxladı - FOTO - VİDEO
Ağdamda yeni tikilən binaların müasir yeraltı dayanacaqları - VİDEO
Ermənistan Cəbrayıla yol çəkmək istəyirdi, vaxtı çatmadı - Prezident
Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - FOTOLAR










