Zakir Həsənov göstəriş verdi - Döyüş hazırlığı real döyüş vəziyyətinə uyğun təşkil edilsin

Fevralın 11-də müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, həmçinin videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər. Əvvəlcə qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qardaş ölkəyə hərtərəfli yardımların göstərilməsi ilə əlaqədar tapşırıqlarını diqqətə çatdırıb. General-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidentinin göstərişinə uyğun olaraq Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində təşkil olunan məntəqələrdə yardımların toplanmasında fəal iştirak edən hərbi qulluqçulara və onların ailə üzvlərinə təşəkkürünü bildirib.
Türkiyəyə ezam olunmuş hərbi tibb personalımızın Kahramanmaraşda fəaliyyətini yüksək qiymətləndirən nazir Azərbaycan Ordusunun hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb.
Azərbaycan Ordusunun bölmələrinin daim döyüşə hazır olması ilə bağlı Ali Baş Komandan tərəfindən qarşıya qoyulmuş vəzifələri müşavirə iştirakçılarına çatdırdıqdan sonra general-polkovnik Z.Həsənov bölmələrin döyüş qabiliyyətinin yoxlanılmasının nəticələri barədə məruzələri dinləyib.
Yoxlamaların nəticələrini yüksək qiymətləndirən nazir döyüş hazırlığı tədbirlərinin maksimum real döyüş şəraitinə uyğun təşkil edilməsinə dair aidiyyəti üzrə vəzifəli şəxslərə müvafiq göstərişlər verib.
Müşavirə zamanı sərhəddə, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonundakı ərazilərimizdə mövcud əməliyyat şəraiti geniş təhlil edilib. General-polkovnik Z.Həsənov ehtimal olunan təhdidlərə qarşı qabaqlayıcı tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verib.
Qarsda keçirilən “Qış təlimi - 2023”dən danışan nazir təlimdə iştirak edən hərbi qulluqçuların yüksək peşəkarlığına dair Azərbaycan və Türkiyə müdafiə nazirlərinin həmfikir olduqlarını qeyd edib.
Müşavirədə xüsusilə sərt iqlim şəraitində çətin relyefli ərazilərdə dislokasiya olunan bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, eləcə də xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı təhlükəsizlik qaydalarına əməl edilməsi və yanğın əleyhinə zəruri tədbirlərin görülməsinin vacibliyi qeyd olunub. Döyüş növbətçiliyinin aparılması zamanı sayıqlığın artırılması barədə konkret tapşırıqlar verilib.
Hərbi təhsil müəssisələrinin fəaliyyəti barədə məruzələr dinlənildikdən sonra müdafiə naziri bu istiqamətdə görülən işlərlə bağlı aidiyyəti şəxslərə müvafiq göstərişlər verib.
General-polkovnik Z.Həsənov şəxsi heyətə, xüsusilə gənc əsgərlərə diqqət və qayğı ilə yanaşılması, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də tibbi təminat məsələləri və mühəndis tədbirləri ilə bağlı müvafiq tapşırıqlar verib
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










