Zaqatalada 4 maşından 1 maşın düzəltdilər - VİDEO

Zaqatalanın Danaçı kənd sakini, 27 yaşlı Abdulla Məmmədov heç bir kənar müdaxilə və yardım olmadan, yalnız ağlı və əl əməyindən istifadə etməklə yeni bir avtomobil növü hazırlayıb.
Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, onun "Abdulla" adlandırdığı bu maşının hazırlanmasında dörd növ avtomobilin hissələrindən istifadə edilib.
Belə ki, 1 ton 250 kq çəkisi olan avtomobilin ön daşıyıcı hissəsi və ön təkərləri "Zaporojets", arxa körpü hissəsi "Moskviç", arxa təkərləri "Mercedes", mühərrik və sürət qutusu isə "VAZ 2101" markalı avtomobillərə məxsusdur. Avtomobilin maketi və digər hissələrini isə gənc öz əlləri ilə hazırlayıb.
Uşaqlıqdan texnikaya həvəs göstərən A. Məmmədov avtomobil hazırlamağı illər öncədən arzulayıb. Bu istəyini reallaşdırmağa isə 5 il əvvəl başlayıb. Avtomobil yalnız bir neçə gün öncə tam hazır vəziyyətə gətirilib. O, bu texnikadan şəxsi təsərrüfatında istifadə etmək fikrindədir.
İki ton yük daşıma qabiliyyətinə malik avtomobil 100 kilometr məsafəyə 6-7 litr benzin sərf edir. Avtomobilin hazırlanması üçün təqribən 4500 manata yaxın vəsait xərclənib.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












