Zaur Hüseynov: "Bütün metro stansiyaları dezinfeksiya olunub"

"Məhz ölkə Prezidentinin vaxtında verdiyi qərarlar nəticəsində Azərbaycanda koronavirusla bağlı digər ölkələrdən daha yaxşı vəziyyət olduğunu görürük".
Avtosfer.az xəbər verir ki, bunu "Bakı Metropoliteni QSC-nin sədri Zaur Hüseynov bildirib.
Onun sözlərinə görə, bütün metro stansiyaları dezinfeksiya olunub: "Bu proseslər gün ərzində bir neçə dəfə təkrarlanır. Metro ilə sərnişin daşınması gündən-günə artır. Belə ki, iş günlərində 800 min, qeyri-iş günlərində 600 min, şənbə-bazar günlərində isə 450 min sərnişin daşınır, yəni gün ərzində orta hesabla 650 min sərnişin. Bu ilin ilk ayında 39 milyon sərnişin daşınıb".
Bundan başqa, o, əlavə edib ki, iş günlərində qatarlar ən mükəmməl qrafiklə hərəkət edəcək.
"Metro stansiyalarında xəbərdaredici və qadağanedici bildirişlər quraşdırılacaq. Bütün bunlar metropoliten işçilərinin və sərnişinlərin məsuliyyətli olması üçündür", - Z.Hüseynov qeyd edib.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












