Zəngəzur dəhlizi ilə bağlı YENİ XƏBƏR - 2023-cü ildə... - VİDEO

Horadiz-Ağbənd dəmiryolu xəttinin inşası prosesində indiyədək 82 km ərazi minalardan təmizlənib.
Avtosfer.az-ın məlumatına əsasən, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi şöbəsinin rəisi Natəvan Bayramova Horadiz-Ağbənd dəmiryolunun inşası işləri ilə tanışlıq zamanı jurnalistlərə açıqlamasında deyib. Horadiz-Ağbənd dəmiryolu xəttinin layihələndirilmə və tikinti işləri, həmçinin texniki nəzarət Azərbaycan və Türkiyə şirkətləri tərəfindən yerinə yetirilir. Dəmiryolu xəttinin ox üzrə uzunluğu 110,4 km-dir. Layihə çərçivəsində Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd olmaqla ümumilikdə doqquz stansiyanın inşası planlaşdırılır. Natəvan Bayramova qeyd edib ki, eyni zamanda bu istiqamətdə 300-ə yaxın süni mühəndis qurğusunun, o cümlədən üç ədəd tunel, 41 ədəd körpü, üç ədəd qalereya, yeddi ədəd yolötürücünün tikintisi nəzərdə tutulur. Onun sözlərinə görə, tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir: “Birinci mərhələ 30 km-lik ərazidə aparılmaqla, Horadiz, Mərcanlı, Mahmudlu və Soltanlı stansiyalarını əhatə edir. Burada torpaq işləri 97%, süni qurğular 93%, dəmiryolunun üst quruluşu elementləri isə 80% həcmində tamamlanıb. Bu mərhələdə ümumi icra vəziyyəti 89% təşkil edir. İkinci mərhələ Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə edir və 30 km-dən 85 km-ə qədər ərazidə həyata keçirilir. Bu mərhələdəki işlərin ümumilikdə 17 faizi icra olunub. Torpaq işləri 20%, süni qurğular 22%, dəmir yolunun üst quruluşu elementləri isə 5% həcmində yerinə yetirilib. Üçüncü mərhələ Mincivan, Bartaz və Ağbənd stansiyaları arası 85-110,4 km-lik ərazini əhatə edir”, - deyə qurum rəsmisi əlavə edib. Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci il fevralın 14-də təməli qoyulan layihənin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır. Xatırladaq ki, Horadiz-Ağbənd dəmir yolu Zəngəzur dəhlizinin bir hissəsi kimi nəzərdə tutulur.
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA












