Zəngəzur dəhlizi maraqlarımıza tam uyğundur - Paşinyan

“Şərəfim var” fraksiyasından olan deputat Anna Mkrtçyan bu gün parlamentdə 10 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu bəndindən sitat gətirib. “Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat əlaqəsinə nəzarət Rusiya FTX-nin Sərhəd Xidməti tərəfindən həyata keçirilir. İndi sual yaranır: Bu, bir neçə kilometr uzunluğunda dəhliz deyilsə, bəs nədir?” - deyə deputat bildirib. Baş nazir Nikol Paşinyan sualı belə şərh edib: “İlk növbədə, bu paraqrafı oxuyursunuzsa, digər yazılanları da oxuyun: Regionda bütün iqtisadi və nəqliyyat əlaqələri açıqlacaq. İkincisi, nəqliyyat kommunikasiyalarına nəzarəti Rusiya FTX-nin Sərhəd Xidməti həyata keçirəcək. Ermənistan bütün yolların açılmasında maraqlıdır. Bəli, biz hazırıq və maraqlıyıq ki, Azərbaycanın qərb rayonları Naxçıvan Respublikası ilə, Ermənistan isə Azərbaycan ərazisindən keçməklə, İran və Rusiya ilə avtomobil və dəmir yolu əlaqəsi əldə etsin”, - deyə baş nazir bildirib. O əlavə edib ki, bütün bunlar Ermənistanın maraqlarına tam cavab verir.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












