Zəngəzur dəhlizinin açılması ilə regional əməkdaşlığın gücləndirilməsi hədəflənir - Maliyyə naziri

Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə qonşu ölkələr arasında (regional) əməkdaşlığın gücləndirilməsini hədəfləyir.
Avtosfer.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir, Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının üzvü Sahil Babayev bankın İtaliyanın Milan şəhərində keçirilən 58-ci İllik Toplantısına müraciətində bildirib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi regional əlaqənin və iqtisadi inteqrasiyanın gücləndirilməsinə xidmət edən strateji təşəbbüsdür:
"Bu dəhliz Asiya ilə Avropa arasında mühüm bir bağlantı rolunu oynayaraq, region üzrə mal, xidmət və insanların hərəkətini asanlaşdırır. Azərbaycan bu dəhlizə investisiya yatırmaqla yeni iqtisadi imkanların açılmasını və davamlı inkişafın təşviqini hədəfləyir. Zəngəzur dəhlizi sadəcə fiziki infrastruktur layihəsi deyil; bu, həm də dayanıqlı tərəfdaşlıqların qurulmasına, regionda sabitlik və rifahın təmin olunmasına sadiqliyin göstəricisidir”.
“Azərbaycan özünü regionda Şərq-Qərb ticarəti üçün mühüm bir logistika mərkəzi kimi möhkəmləndirmək istiqamətində fəal addımlar atır, dəmir yolları, limanlar və avtomobil yolları kimi əsas infrastruktur layihələrinə əhəmiyyətli dərəcədə sərmayə qoyur. Xüsusilə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin tamamlanması və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi layihələri Şərqi, Mərkəzi və Cənubi Asiya ilə Avropa arasında ticarətin tranzit imkanlarını genişləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionları Mərkəzi Dəhliz çərçivəsində xüsusi strateji önəmə malikdir, Azərbaycanın regional əlaqə və iqtisadi inteqrasiyadakı rolunu daha da gücləndirir", - deyə nazir qeyd edib.
Bundan başqa, o əlavə edib ki, Asiya İnkişaf Fondunun (ADF) iqlim dəyişikliyi ilə mübarizə, regionun ən kasıb və həssas ölkələrinə dəstək baxımından rolu olduqca vacibdir:
“ADF ətraf mühitlə bağlı aktual çağırışların həllində zəruri maliyyə resurslarını təmin edir. Azərbaycan ADF-in fəaliyyətini dəstəkləyir, onun regionda iqlim dəyişikliyinə qarşı mübarizə və davamlı inkişafın təşviqi baxımından əhəmiyyətini yüksək qiymətləndirir. Bu məqsədlə, Qubernatorlar Şurasını məlumatlandırmaq istərdim ki, Azərbaycan ADF üçün ümumilikdə 2 milyon ABŞ dolları töhfə vermək üçün zəruri addımlar atıb”.
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı
Dövlət Mühafizə Xidməti öz işini icra edib: Təxribatın hüquqi təhlili - VİDEO
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB
“Mənim corabımın qiyməti sənin maaşından çoxdur” - Tanınmış aparıcıdan diqqət çəkən paylaşım
Nazir SƏS YAZILARINDAN sonra QƏRAR VERDİ – Şöbə müdiri işdən çıxarıldı
Ramazan ayının üçüncü gününün duası - İmsak və iftar vaxtı
Makron may ayında Ermənistana niyə gedir? - Politoloq səbəbləri AÇIQLADI
Vaşinqtondakı hücumla bağlı araşdırmanın nəticələri Dövlət Departamentinə göndərilib
Sürücülər və turistlər bəzi yollarda azır - Çünki nişanlar ...
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Sərnişin və yük daşımaq üçün yeni sənədlər tələb olunacaq - Sürücülərin nəzərinə!










