Zərdabda xəstəxananın həyətini su basdı: İcra Hakimiyyəti təsdiqlədi, amma...

Zərdab Rayon Mərkəzi Xəstəxanasının həyətini su basıb.
Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə fotolar paylaşılıb.
Vətəndaşlar yağışlı hava şəraitindən asılı olaraq, belə vəziyyətin dəfələrlə müşahidə olunduğunu qeyd edirlər.
Məsələ ilə bağlı Zərdab Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən bildirilib ki, görüntülər ötən gün yağış yağanda lentə alınıb:
“Təəssüf ki, ötən gün yağışlı hava şəraitinə görə, Zərdab Rayon Mərkəzi Xəstəxanasının həyətində yağış suları yığılıb. Bu, bir qədər çətinlik yaratsa da, tez bir zamanda problem aradan qaldırılıb”.
Məsələ ilə bağlı Zərdab Rayon Mərkəzi Xəstəxanası ilə - 02029-6-60-40 - telefon nömrəsilə əlaqə yaratdıq.
Özünü təqdim etmək istəməyən şəxs qeyri-etik üslubda “Nə lazımdır? Sualınızı verin!” desə də, o, sualımıza cavab verməkdən imtina edib. Yaranmış vəziyyətlə bağlı onun cavabı sadəcə, bu olub: “Xəstəxananın həyətini su basmayıb, olubsa da, artıq keçib gedib”.
Onu da qeyd edək ki, bizə verilən məlumata görə, əlaqə saxladığımız nömrə - 02029-6-60-40 - xəstəxananın qəbul şöbəsinin deyil, baş direktorun otağının nömrəsidir.
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ












