Zərgərlik məmulatlarını bəyan etmədən keçirməyə çalışdı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar. Avtosfer.az-ın belə ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Heydər Əliyev Beynəlxalq Aeroportun T1 terminalında "Qırmızı kanal" buraxılış sistemi vasitəsi ilə gömrük nəzarətindən keçərkən, hərəkətlərində şübhə yarandığı üçün gömrük əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra vətəndaşa rentgen aparatından keçmək təklif olunub. Nəticədə, vətəndaşın pul kisəsində, əl çantasında olan gödəkçənin cibində və üzərində əvvəlcədən gömrük orqanına təqdim edilməyən, elektron, yazılı formada bəyan edilməyən qızıl zərgərlik məmulatları - 6 ədəd üzük, 3 cüt sırğa, 5 ədəd boyunbağı, 8 ədəd qolbaq, 1 ədəd sırğa-üzük dəsti aşkarlanıb.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 188,34 qram olan 583/585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatlarıdır.
Faktla bağlı araşdırma aparılır.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











