Zığ-Hövsan kanalizasiya kollektoru tikilir - FOTOLAR - VİDEO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı sular üçün sutəmizləyici qurğuların tikintisi layihələrinə başlayıb. Bu barədə Avtosfer.az-a ADSEA-dan bildirilib.
Məlumata görə, Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və kanalizasiya-infrastrukturunun müasirləşdirilməsi məqsədilə həyata keçirilən mühüm layihələrdən biri də Zığ–Hövsan kanalizasiya kollektorunun tikintisidir. Layihə çərçivəsində ümumi uzunluğu 28 kilometr olan yeni kollektor xəttinin inşası, həmçinin müasir tələblərə cavab verən nasos stansiyasının qurulması planlaşdırılır. Bu layihə nəticəsində “Şəhərkənarı” kanalizasiya kollektorunun istismar vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq, tullantı sularının idarə olunması prosesi daha səmərəli və təhlükəsiz şəkildə təşkil ediləcək. Bununla yanaşı, layihə Bakı buxtasının ekoloji durumunun qorunmasına mühüm töhfə verəcək. Kollektorun fəaliyyət sahəsinə Xətai rayonunun bir hissəsi, eləcə də Suraxanı rayonunun Zığ, Hövsan, Bahar və Dədə Qorqud qəsəbələri daxil olacaq. Bu ərazilərdə yaşayan əhalinin kanalizasiya və tullantı sularının idarə olunması ilə bağlı mövcud problemləri aradan qalxacaq, mühəndis-kommunikasiya infrastrukturu daha dayanıqlı sistemə çevriləcək. Layihənin icrasına 2025-ci ildə başlanılıb və bütün tikinti işlərinin 2028-ci ildə tamamlanması nəzərdə tutulur. İşlər mərhələli şəkildə aparılacaq, inşaat zamanı ekoloji standartlara və təhlükəsizlik qaydalarına ciddi riayət olunacaq. Zığ–Hövsan kollektorunun inşası zamanı yeraltı mikrotunel texnologiyasından da istifadə olunacaq. Bu tipli layihələr, xüsusilə mikrotunel texnologiyası ilə qurulan kanalizasiya şəbəkələri müasir və dayanıqlı olması ilə seçilir, geniş ərazilərdə qurulma imkanı və əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsinə şərait yaradır. Görülən işlər yeni kollektorlar vasitəsilə daşınan tullantı suların sutəmizləyici qurğulara ötürülməsi və təmizlənməsinə, su hövzələrinin çirklənməsinin qarşısının alınmasına xidmət edəcək.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF




















