Zığ-Hövsan yolu niyə qaranlığa qərq olub? - VİDEO

Son günlər Zığ-Hövsan yolunun qaranlıq olması, avtomobillərin hərəkətində çətinlik yaranması ilə bağlı sosial şəbəkədə şikayətlərə rast gəlinir. Bildirilir ki, sözügedən yolda işıqların yanmaması səbəbindən ötən bir həftə ərzində 3 avtomobil qəzası, 2 piyada vurulması hadisəsi baş verib.
“Qafqazinfo” məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlayıb. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, hazırda həmin yolda təmir işləri yekunlaşmaq üzrədir. Yaxın günlərdə yol işıqlandırılacaq: “Həmin ərazidə əsas yol hərəkəti üzrə təmir bitib. Hazırda yol kənarında bəzi işlər görülür. Hələ ki, işıqlar şəbəkəyə qoşulmayıb. Əvvəllər həmin ərazidə işıqlandırma sistemi, ümumiyyətlə, olmayıb. Təzə layihə üzrə orada yeni işıqlandırma sistemi qurulur. İndi onun mövcud şəbəkəyə qoşulması, test, sınaq işləri həyata keçirilir. Yaxın günlər ərzində həmin yolda işıqlar yanacaq”.
Qəzaların baş verməsinə gəlincə isə, Agentlikdən bildirilib ki, yolda tikinti gedən vaxt mövcud şəraitə, yol nişanlarına uyğun hərəkət olmalıdır. Əgər yolda 60 km/saat sürət nəzərdə tutulubsa, sürücülər sürəti qaldırmamalıdırlar.
Qeyd edək ki, bir neçə ay əvvəl Suraxanı rayonunun Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması ilə bağlı Prezident tərəfindən Sərəncam imzalanıb. Sərəncama əsasən, əlli səkkiz min nəfərin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ–Hövsan avtomobil yolunun yenidən qurulmasına 7 milyon manat ayrılıb.
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT












