Zorakılıq görüntülərilə bağlı daha bir açıqlama

"Sosial şəbəkələrdə işgəncə, zorakılıq görüntüləri ilə bağlı yayılan fotolar suallar doğurur".
Bunu Vəkillər Kollegiyasının üzvü, hüquq üzrə fəlsəfə doktoru, təqaüddə olan polis zabiti Cavid Cəfərov bildirib.
"Bu o qədər həssas məsələdir ki, indiyə qədər mütləq kimsə həmin fotolarda əks olunan hansısa yaxınını tanıya bilərdi. Amma bu baş vermədi. Görünür ki, hansısa kənardan idarə edilən, destruktiv qüvvələrin məqsədli olaraq yaydığı görüntülərdir. Əgər fotolara diqqətlə baxılsa, orada gizli numayişlər var. Bayraq və gerbi nəzərdə tuturam. Eləcə də onlardan bir nəfərin bədənində isə mənşəyi məlum olmayan döymələr var. Fotolardan aydın görünür ki, iddialar ictimai fikri çaşdırmağa yönəlib”, - o deyib.
C.Cəfərov vurğulayıb ki, avtomobilin qarşısında selfisi olan vətəndaş ümumiyyətlə hüquq-mühafizə orqanlarında işləmir: "Məndə olan məlumata görə, sadə həyat tərzi sürür, zəhmətkeş adamdır. Ancaq onu da fotolara əlavə edib şou yaradırlar”. ("Report")

Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












