Zorakılıqdan zərərçəkənlər üçün dövlət yardım mərkəzləri və "Qaynar xətt" yaradılacaq

Azərbaycanda məişət zorakılığından zərərçəkənlər üçün dövlət yardım mərkəzlərinin və "Qaynar xətt"in yaradılması nəzərdə tutulur. Bu barədə Komitənin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib. Azərbaycanda zorakılıqdan zərərçəkənlər üçün dövlət yardım mərkəzlərinin olmadığını da vurğulayan T.İbrahimovanın sözlərinə görə, bu məsələ komitə tərəfindən yeni hazırlanan Milli Fəaliyyət Planının layihəsinə daxil edilib. Layihə artıq Nazirlər Kabinetinə təqdim edilib. Sənəd yaxın günlərdə təsdiq edilə bilər.
O bildirib ki, sənəd layihəsində məişət zorakılığından zərərçəkənlərin hüquqlarının müdafiəsi, onlara qanunvericilikdə nəzərdə tutulmuş yardımların göstərilməsi istiqamətində fəaliyyətlərin gücləndirilməsi, bu yardımları göstərən mütəxəssislər üçün təlimlərin keçirilməsi, dövlət orqanlarının məişət zorakılığının qarşısının alınması istiqamətində fəaliyyət göstərən mütəxəssislərinin biliklərinin artırılması, metodiki vəsaitlərin hazırlanması, qanunvericiliyin daha da təkmilləşdirilməsi, bu sahədə maarifləndirmə tədbirlərinin artırılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və s. məsələlər öz əksini tapıb. Komitə rəsmisi artıq dünyanın bir çox ölkələrində belə fəaliyyət planının olduğunu, Azərbaycanda da buna ehtiyac duyulduğunu nəzərə çatdırıb. (Trend)
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












