“Zülfi Hacıyev” kran gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir edilib - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının balansında olan “Zülfi Hacıyev” kran gəmisinin “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir işləri başa çatıb.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən Avtosfer.az-a verilən məlumata görə təmir müddətində kranın burazlarının hərəkət etdiyi bütün istiqamətləndirici halqaları çıxarılıb və əsaslı təmir olunduqdan sonra yerlərinə quraşdırılıb. Baş mühərriklər, nasoslar, boru sistemləri, sanitar qovşaqlar, elektrik mühərriklərinin cari təmir işləri aparılıb.
“Zülfi Hacıyev” gəmisi tərsanəyə qaldırılaraq gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, gəmi üzrə rəngləmə işləri görülüb. Bununla belə, hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğularının təmiri də yerinə yetirilib.
İşlər başa çatdıqdan sonra gəminin 100 tonluq yükqaldırma qabiliyyətinə malik kran qurğusunun sınaq işləri aparılıb və uğurla başa çatıb. Bundan sonra mexanizm və elektrik avadanlıqlarının yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvvəffəqiyyətlə başa çatan dəniz sınaq işlərindən sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib.
Məlumat üçün bildiririk ki, “Zülfi Hacıyev” kran gəmisinin uzunluğu 98,55, eni 17,00 metrdir.
Gültən
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO













