13 yaşlı oğlan ucadan danışdığı üçün tramvayda ölümcül döyüldü - FOTO - VİDEO

Rusiyanın Ulyanovsk şəhərində dəhşətli hadisə qeydə alınıb. Belə ki, 13 yaşlı uşaq tramvayda üç kişi tərəfindən döyüldükdən sonra ölüb. Hadisənin səbəbi kimi uşağın ictimai nəqliyyatda dostları ilə bərkdən danışması və arada söyüşlü ifadələr işlətməsi olub. Yaşlılardan biri uşağı məzəmmət etdikdən sonra ona şillə vurub. Daha iki nəfər kişinin tərəfini saxlayaraq yeniyetməni döyüblər. Sonda onlardan biri uşağı itələyib. Gicgahından zərbə alan uşaq huşunu itirib.
Yeniyetmə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Məktəblinin dostları isə deyirlər ki, onlar söyüş söyməyiblər, sadəcə olaraq ucadan danışıblar. Bu isə yaşlı nəslin xoşuna gəlməyib.
Yeniyetmə ailənin yeganə övladı idi, davada və qalmaqallarda adı hallanmayıb.
oxu.az
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB
Dava salan sərnişini təyyarənin kreslosuna skoçladılar
Sürücülük vəsiqəsi olmadan maşın sürən narkoman sürücü HƏBS EDİLDİ - FOTO










