22 il məhkumluq həyatı yaşayan şəxs yenə oğurluğa görə saxlanıldı - FOTO

İsmayıllı şəhərində yerləşən mobil telefonların satıldığı mağazadan oğurluq edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən şəxs obyektdən ümumi dəyəri 4 160 manat olan 10 ədəd mobil telefonun və 300 manata yaxın pulun oğurlandığını bildirib.
Daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə bir neçə dəfə həbs olunan və ümumilikdə 22 il məhkumluq həyatı yaşayan Durar Qasımov saxlanılıb.
Saxlanılan şəxsin ətrafında davam etdirilən tədbirlərlə onun İsmayıllıda daha 2 mağazadan telefon danışıq kartları, pul,ərzaq məhsulları, eləcə də Qazax və Bakı şəhərlərində bir neçə obyektdən mobil telefonlar oğurladığı məlum olub. D.Qasımov ifadəsində törətdiyi əməlləri etiraf edib, cinayət yolu ilə əldə etdiyi mobil telefonları isə respublikanın müxtəlif şəhər və rayonlarında dəyərindən dəfələrlə ucuz qiymətə satdığını bildirib. Qeyd edək ki, telefonların bir neçəsi ondan aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












