22 yaşlı oğlanı vurub öldürən sürücüyə hökm oxundu

Bu ilin 6 yanvar tarixində saat 19 radələrində Balakəndə ağır yol-nəqliyyat hadisəsi törətmiş 1993-cü il təvəllüdlü Ülvi İsmayılovun məhkəməsi başa çatıb.
Avtosfer.az xəbər verir ki, Ülvi İsmayılov Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozma-ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib.
Qeyd edilib ki, Ü.İsmayılov Püştətala kəndində idarə etdiyi "Mercedes" markalı mikroavtobusla yolu keçən 22 yaşlı Abdulla Kənan oğlu Alqayevi vurub. Piyada aldığı xəsarətlərdən həmin gün vəfat edib.
Ülvi İsmayılovun Zaqatala-Balakən istiqamətində sərnişindaşıma fəaliyyəti göstərdiyi məlum olub. Abdulla isə həmin vaxt evdən çıxaraq çayxanaya gedirmiş.
Məhkəmədə mərhumun atası sürücüdən şikayətçi olduğunu bildirib və ona ağır cəza tələb edib.
Balakən Rayon Məhkəməsinin hökmü ilə Ü.İsmayılova 5 il 3 ay həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olan 31 yaşlı sürücü məhkəmə zalındaca həbs edilib. Onun cəza müddətindən sonra 2 il ərzində nəqliyyat vasitəsini idarə etmək hüququ da məhdudlaşdırılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












