24 yaşlı gəlin qızıl və pulları götürüb evdən getdi – VİDEO

Şəmkir rayonunda Musayevlər ailəsinə gəlin köçən 1998-ci il təvəllüdlü Gülbəsti Qurbanova 11 gündür ki, itkin düşüb. Hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, 24 yaşlı Güldəsti Qurbanova sonuncu dəfə Dekabrın 31-i bu qapıdan çıxıb və geri qayıtmayıb. Qayınanası Ceyran xanımın sözlərinə görə, gəlini evdən zaman özünə və həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını və evdə olan pulu aparıb. Həmin gündən sonra ondan xəbər olmayıb. Qayınanasının sözlərinə görə, onların ailəsində heç bir problem olmayıb.
Təxminən 1 ildən artıqdır Mahir Musayevlə ailə həyatı quran Gülbəsti Qurbanovanın evdən getməsini ilk olaraq onun qaynanası Ceyran Musayeva bilib: “Ərini zorla göndərdi ki, get şəhid əmisi oğlunun qəbri üstünə. Sonra gülü sellofana qoyaraq mənə də dedi ki, bir az tez gedin, qəbirüstünə gec getmək olmaz. Bu zaman yoldaşım gəldi, çörək yedi və sonra getmək qərar verdik. Bir müddət sonra çağırdım mənə cavab vermədi. Yaxınlarının evindən - atası evi, bibisi, xalası evindən heç kim yerini bilmədi”.
Ceyran Musayevanın sözlərinə görə, gəlini Gülbəsti Qurbanova artıq ikinci dəfədir evdən gedir. Üstəlik oğlu ilə heç bir ciddi problemləri olmayıb: “Heç vaxt ciddi söhbətləri, narazılıqları olmayıb. İl yarımdır gəlib, bir dəfə də olsun ona şiddət göstərilməyib. Mən özüm də ona heç vaxt irad tutmamışam. Çünki yeməyimizi bişirib, hər şeyi edib. Yaxşı dolanırdıq, bilmirəm niyə belə edib”.
Mahir Musayev deyir ki, bu gün həyat yoldaşı Gülbəsti Qurbanova ona zəng edərək sağ olduğunu bildirib. Amma harada olduğunu deməyib. Məsələ ilə əlaqədar Gülbəsti Qurbanovanın ailəsinin də fikrini öyrənmək istəsək də, qarşı tərəfdən kimsə danışmaq istəmədi. Şifahi olaraq bildirdilər ki, hadisədən xəbərləri var və aidiyyəti orqanlara məlumat veriblər.
Artıq Daxili İşlər Nazirliyi qadının tapılması üçün axtarışlara başlayıb.
Qeyd edək ki, gənc ailənin evlilikdən övladları yoxdur.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












