25 yaşlı gənci ölümcül döyüb, qulağını kəsdilər - TƏFƏRRÜAT – VİDEO

Samux rayonunun Füzuli kəndində 25 yaşlı gəncə bir neçə nəfər ağır xəsarətlər yetirib.
Samux rayon Kolayır kənd sakini, 25 yaşlı M.Əliyev bir neçə nəfər tərəfindən yaşadığı kənddən Füzuli kəndinin ərazisinə aparılıb. Orada gənci döyən şəxslər onun qulağının birinin yarıdan çox hissəsini kəsiblər. Baş və üz nahiyəsindən ağır zərbələr alan gənc tanınmaz hala düşüb. Samux RPŞ-nin əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirərək vətəndaşa xəsarət yetirən şəxslərin kimliyini müəyyə edib. Araşdırmalar zamanı məlum olub ki, M. Əliyevi rayonun Füzuli kəndində yerləşən “Şəhidlər bulağının” su krantını qırdığına görə, həmin kəndin sakinləri Rahib Bayramlı, Nəriman Qələndərli, Həsrət Qəmbərli və Rüfət Əliyev tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri yetirilib. Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, hazırda Samux rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












