30 yaşlı kişiylə evləndiriləcəyi deyilən məktəbli ilə bağlı - Rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, Masallı rayon Mahmudavar kənd ümumi orta məktəbin 9-cu sinif şagirdinin 30 yaşlı şəxslə evləndiriləcəyi haqda sosial şəbəkələrdə xəbərlər yayılıb.
Masallı rayonu üzrə təhsil sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, sosial şəbəkələrdə paylaşılan məlumatlarla bağlı artıq profilaktik tədbirlər görülüb.
Belə ki, 24 may saat 17:02-də Masallı rayonu üzrə təhsil sektoruna məlumat daxil olan kimi, bu barədə yerli ərazi nümayəndəliyi və ərazi üzrə sahə müvəkkili məlumatlandırılıb, həmçinin valideynlərlə müvafiq söhbət aparılaraq mövcud qanunvericiliyin tələblərindən irəli gələn məsələlər onlara izah edilib. Bununla yanaşı qeyd olunmuş məsələ ilə bağlı şagird və onun hər iki valideyni, nişanlandığı iddia olunan oğlan və onun atası Masallı Rayon Polis Şöbəsinə dəvət olunub.
Masallı Rayon İcra Hakimiyyətinin, Masallı rayonu üzrə təhsil sektorunun və Masallı RPŞ-nin müvafiq əməkdaşlarının iştirakı ilə valideynlərlə profilaktik söhbətlər aparılıb və akt tərtib olunub. Həmçinin bildirilib ki, sözügedən şagird cari tədris ilində həmin məktəbin IX sinfində təhsil aldığı müddətdə müntəzəm olaraq dərslərə davam edib, davamiyyətində problem olmayıb, məktəbdə özünü intizamlı şagird kimi aparıb, eyni zamanda buraxılış imtahanında da iştirak edib.
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı












