8 yaşlı uşaq planşetdəki oyuna görə intihar edib?

Bir neçə gün əvvəl Bakı şəhəri Nəsimi rayonunda məktəblinin intihar etməsi ilə bağlı istintaq araşdırmaları davam etdirilir.
Avtosfer.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, istintaqçılar N.Şahbazov küçəsində yerləşən mənzildə özünü turnikdən asaraq intihar edən İran vətəndaşı, 2014-cü il təvəllüdlü N.R.-ə məxsus planşetdə bu hadisəyə səbəb ola biləcək faktlar aşkarlayıblar. Belə ki, hadisədən dərhal sonra istintaqçılar mənzildən 2-ci sinf şagirdinin daimi istifadəsində olan tableti maddi sübut kimi götürüblər. Mobil cihazın qalareya bölməsində insanları zorakılığa sövq edən qorxulu animasiya və şəkillər, eləcə də “3 days to die” oyunu və mobil tətbiqlərin şəkilləri aşkar edilib. Bundan əlavə olaraq, tabletin qeydlər bölməsində “salam, mən Anabellayam və bu axşam səni öldürəcəm” məzmununda yazı aşkar edilib. Bütün faktlar toplanıb və özünü öldürmə həddinə çatdırma ittihamı ilə cinayət işi başlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, məktəbli oğlanın anası hadisədən sonra hüquq-mühafizə orqanlarının nümayəndələrinə övladının məktəbdə sinif yoldaşı ilə problem yaşadığını və incidildiyini bildirmişdi.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












