ABŞ-də təyyarə təcili eniş etdi, 15 nəfər xəsarət aldı

Meksikanın Kankun şəhərindən Nyuarka (Nyu-Cersi, ABŞ) uçan "JetBlue" aviakompaniyasına məxsus "Airbus A320" təyyarəsi Floridada təcili eniş edib.
Avtosfer.az CNN-ə istinadən xəbər verir ki, oktyabrın 31-də baş verən hadisə zamanı 15 sərnişin xəsarət alıb.
Məlumata görə, hadisəyə şiddətli hava turbulentliyi səbəb olub.
Aviaşirkətdən bildirilib ki, "Airbus A320" turbulentlik yaşadıqdan sonra Tampa Beynəlxalq Hava Limanına yönləndirilib. Həmin aeroportda təxminən 20 sərnişinə tibbi yardım göstərilib, onlardan 15-i həyati təhlükəsi olmayan xəsarətlərlə xəstəxanaya aparılıb.
Bildirilir ki, "JetBlue" hadisə ilə bağlı daxili araşdırmaya başlayıb və mütəxəssislər təyyarəni tədqiq etməyə başlayıblar.
Hadisə baş verən gün Floridada şaxtalı küləklər və qısamüddətli yağışlarla əlaqədar soyuq hava axını yaranıb ki, bu da turbulentliyə səbəb ola bilər.
Biləcəridə nəhəng ağac yolu bağladı, işi yarımçıq qoyub getdilər - VİDEO
Xırdalanda güclü külək binanın dam örtüyünü uçurdu – VİDEO
Bakıda avtobus qəza törətdi: Ölən var
"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO
Azərbaycanda mina partlayışı: Ölən və yaralanan var - RƏSMİ
Qadın müştəri kimi mağazaya girdi, qızılı ovucunda gizlədib apardı - VİDEO
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB












