ABŞ vətəndaşı yanlışlıqla 44 il həbsdə yatdı

ABŞ-ın Luiziana ştatında zorlama cəhdinə görə 50 il həbs cəzası alan qaradərili 44 il həbs cəzasını çəkdikdən sonra dəlil çatışmazığı səbəbindən azadlığa çıxıb.
Hakim Uilyam Bennet 1977-ci ildə məhkum edilmiş Vinsent Simmons barədə hökmü ləğv edib. Bennett Simmonsun ədalətli mühakimə olunmadığını və andlıların təqsirləndirilən şəxsin lehinə olan sübutlara məhəl qoymadığını bildirib. “Mən Vincent Simmonsun günahsız və ya günahkar olduğuna qərar vermirəm. Amma sizə deyirəm ki, 44 il həbsdən sonra bu şəxs yenidən mühakimə olunmağa layiqdir”, - deyə hakim bildirib. Tezliklə 70 yaşı tamam olacaq Simmons bütün bu illər ərzində bu qərarı gözlədiyini bildirib. O, hökmünün ləğvi üçün 17 dəfə məhkəməyə müraciət edib Qeyd edək ki, iddiaçı olan 14 yaşlı bacılar insidentdən iki həftə sonra - 9 may 1977-ci ildə zorlama cəhdi barədə polisə məlumat veriblər. Hadisə ilə bağlı tibbi ekspertizanın rəyi də təxminən bir ay sonra hazır olub. Məhkəmə zamanı isə qızlar bütün qaradərililərin bir-birinə bənzədiklərini bildirib və Simmonsu çətinliklə tanıyıblar.
Mənbə: TRT
Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı - Polis 2 gün sonra tapdı
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB












