Adam öldürməkdə şübhəli bilinən azərbaycanlı ilə bağlı qərar verildi - VİDEO

Moskvada parklanma yeri üstündə 24 yaşlı yerli sakini bıçaqla öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbasov iki ay müddətinə həbs edilib.
Avtosfer.az “Bizim.Media”ya istinadən xəbər verir ki, bu barədə Moskvanın Zamoskvoretski Məhkəməsi qərar verib. "Abbasov Şahin barəsində iyunun 18-dək 1 ay 29 gün müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatəti təmin edilsin", - deyə hakim elan edib.
İclasda Abbasov qətlin qəsdən baş verdiyini bildirib. Vəkillər Abbasovun ev dustaqlığına buraxılmasını istəyiblər. İclasda müstəntiq bildirib ki, A.Abbasov qaçmaq istəyərkən istintaqı aparılacaq başqa cinayətlər də törədib.
Qeyd edək ki, Şahin Abbasov Rusiya vətəndaşı Kirill Kovalevin qətlində şübhəli bilinir.
Aprelin 18-də Kovalev Lyublinoda nişanlısının evinin yaxınlığında avtomobili səkidə saxlayan “Toyota Camry”nin sürücüsü ilə mübahisə etdikdən sonra bıçaqlanaraq öldürülüb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












