Ağcəbədidə fermer suya görə idarə rəisini söydü

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Ağcabədi Suvarma Sistemləri İdarəsində rəis və müavinini söyən fermer həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1981-ci il təvəllüdlü Ağcabədi rayonunun Qaravəlli kənd sakini Cəfər (şərti ad) əkin sahələri susuz qaldığı üçün məhsulu yararsız hala düşüb. Cəfər buna etiraz etmək üçün Ağcabədi Suvarma Sistemləri İdarəsinə gedib. Əkin sahəsinə su fasilələrlə və gec-gec verildiyi üçün öz etirazını idarənin rəisi və müavininə bildirib.
Daha sonra fermer əsəbləşərək Suvarma Sistemləri İdarəsinin rəisi və müavininin ünvanına nalayiq ifadələr işlədib. O, şikayət əsasında saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib. İş baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə fermer İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 5 gün müddətinə inzibati qaydada həbs edilib. Həbs müddəti 30 aprel 2024-cü il tarixdən hesablanıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












