Ağdamda qazinin evindən 50 minlik oğurluq edilib, Abşeronda isə mağaza qarət olunub - VİDEO

Ağdamda mənzildən külli miqdarda oğurluq edilib.
Rayonun Zəngişalı kənd sakini, İkinci Qarabağ müharibəsinin qazisi Natiq Allahverdiyev rayon polis şöbəsinə müraciət edərək ona məxsus mənzildən 37 min 200 manat pulun və 15 min manat dəyərində qızıl-zinət əşyaların oğurlandığını bildirib.
Ağdam rayon polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakinləri Tural Tağıyev, Anar Həsənov və Ehtiram İsmayıloğlu saxlanılıblar. Həmin şəxslərdən oğurladıqları pulun və qızıl-zinət əşyalarının bir qismi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Abşeronda isə telefon satışı mağazasına gələn qadın oradan oğurluq edib. Dükan sahibi Cəmil İsmayılov deyir ki, orta yaşlı qadın telefonunun söndüyünü və onu elektrik cərayanına qoşmaq istədiyini bildirib. Bu zaman qadın fürsətdən istifadə edərək vitirində olan bir ədəd telefonu götürüb. Sonra öz telefonunu da alaraq dükandan çıxıb. Görüntülər kameraya düşüb.
Fakatla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












