Ağdaşda elektron qolbaq daşıyan şəxsdən narkotik götürülüb - FOTO

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, elektron qolbaq daşıyıcısı Natiq Şəfiyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 64 qram qurudulmuş marixuana aşkarlanıb.Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin yaşadığı ünvana da baxış keçirilib və oradan 900 qrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanıb və N.Şəfiyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, həmin şəxs əvvəllər də analoji cinayət əməlində şübhəli bilindiyi üçün saxlanılıb və məhkəmənin qərarı ilə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunub.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ















