Ağsu və Sumqayıtda ağır yol qəzaları - 2 ölü, 5 yaralı var - VİDEO

Ağsuda zəncirvari qəza olub, ölən və yaralananlar var.
Avtosfer.az-ın məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun rayonun Kəlağayılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 58 yaşlı Habil İsmayılov idarə etdiyi orta tutumlu yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman avtomobil qarşı zolaqda hərəkətdə olan 42 yaşlı Cabir Vahabovun idarə etdiyi yük maşını ilə toqquşub. Daha sonra 27 yaşlı Röyal Əhmədlinin idarə etdiyi avtomobili vurub. Nəticədə yük maşınının sürücüsü Habil İsmayılov aldığı xəsarətlərdən xəstəxanada ölüb, digər sürücü Cabir Vahabov və sərnişini Yaqut Quliyeva isə müxtəlif bədən xəsarətləri alıb. Sumqayıtda da ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib. Mikroavtibus yük maşını ilə toqquşub. Hadisə Bakı -Quba avtomobil yolunun Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində mikroavtobusun sürücüsü 1955-ci il təvəllüdlü Əliş Adışov hadisə yerində ölüb. Mikroavtobusda olan 3 sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq Sumqayıt təcili tibbi yardım xəstəxanasına yerləşdiriliblər.
Faktlarla bağlı araşdırmalar aparılır.
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı - Polis 2 gün sonra tapdı
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO












