Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı

Keçmiş arvadına məxsus "KIA Sorento" markalı avtomobili yandıran 46 yaşlı Səfa Seyidova (ad şərtidir) hökm oxunub.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Abşeron Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi (əmlakı qəsdən məhv etmə) ilə təqsirli bilib.
Məlum olub ki, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum edilmiş şəxs sintetik tiner məhlulu alaraq 12 il əvvəl boşandığı qadının avtomobilinin yanına gəlib. O, məhlulu Bakı-Şamaxı yolunun Abşeron rayonu, 28 May qəsəbəsindən keçən hissəsində dəyəri 32 min manat olan avtomobilin üzərinə tökərək od vurub. Nəticədə, qadına 6 470 manat zərər dəyib.
Zərərçəkmiş şəxs məhkəmədə bildirib ki, keçmiş əri ondan tez-tez pul tələb edib:
"2008-ci ildə Səfa ilə evlənmişəm, 2010-cu ildə qızımız dünyaya gəlib. 2014-cü ildə boşandıq və uşaq mənim himayəmdə qaldı. Səfa bu günə qədər aliment ödəməyib. Buna baxmayaraq, məndən mütəmadi olaraq spirtli içki üçün pul istəyir. Mən də hər dəfə xahişini nəzərə alıb Səfaya 2-3 manat civarında pul verirdim.
Hadisə günü keçmiş həyat yoldaşım yenə zəng edib pul istədi, bu dəfə imtina etdim. Mənə dedi ki, bu səbəbdən avtomobilimi yandıracaq. Mən də qorxumdan maşını Bakı-Şamaxı yolunun kənarında - mühafizə olunan yerdə saxladım. Saat 18 radələrində yol avtomobili ilə yaşadığım evə gəldim. Gecə saat 11 radələrində mənə zəng edib dedilər ki, maşının yanır".
Məhkəmənin hökmü ilə Səfa Seyidova 3 il 8 ay həbs cəzası verilib. O, bu dəfə ciddi rejimli müəssisəyə göndərilib.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












