"A.M.A.Y"ın külli miqdarda borcu var - Şirkət məhkəmə qarşısında

İş adamı Abdulla Abdullayevə məxsus "A.M.A.Y Holding" MMC-nin vergi borcu yaranıb. Qaynarinfo-ya daxil olan məlumata görə, şirkətin hazırda 20 842,09 manat vergi borcu var. Abdulla Abdullayev hansısa səbəblərdən borcu ödəmir. Bu baxımdan, ona məxsus şirkət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər İdarəsi tərəfindən məhkəməyə verilib. Birinci instansiya məhkəməsi idarənin iddiasını təmin edib. Qarşı tərəf qərardan apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində Mirzə Tağızadənin sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.
"A.M.A.Y Holding" MMC 2005-ci ildə qeydiyyata alınsa da, 90-cı illərin sonlarından fəaliyyət göstərir. Şirkət əvvəllər sadəcə "A.M.A.Y" MMC adlanıb. Nizamnamə kapitalı 200 manat olan şirkətin qanuni təmsilçisi Novruzov Elşən Firudin oğludur.
"A.M.A.Y Holding"in Abdulla Abdullayevə məxsus olması yeni xəbər deyil. Hətta bir vaxtlar "A.M.A.Y"ın sahibi olduğuna görə media onu "AMAY Abdulla" kimi təqdim edirdi.
Elşən Novruzov isə Abdulla Abdullayevin yaxın adamıdır.
Abdulla Abdullayev bir vaxtlar Azərbaycanın istər biznes, istərsə də, ictimai-siyasi mühitində populyar şəxs idi. Biznes sektorunda o, "A.M.A.Y"a, həmçinin "Birlikbank"a və digər biznes qurumlarına görə tanınırdı.
Abdulla Abdullayevin bir fiqur kimi qürub çağı 2015-ci ildən başlayıb. Həmin il o, həbs edilib.
Baş Prokurorluğun rəsmi məlumatına görə, 2006-2008-ci illərdə "Birlikbank" ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu "A.M.A.Y" MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib. Ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb, haqqında həbs qətimkan tədbiri seçilib.
Məhkəmənin hökmü ilə Abdulla Abdullayev 13 il azadlıqdan məhrum edilib. Lakin 2016-cı ildə azadlığa çıxıb. Bundan sonra, Abdulla Abdullayev kölgəyə çəkilib.
Bir nişan yoxdur, digəri görünmür – Bu küçədə hərəkət təhlükəlidir - VİDEO
Paytaxtda güclü külək ağacları avtomobillərin üzərinə aşırdı - VİDEO
Biləsuvarda sürücü sükan arxasında dünyasını dəyişdi
Skuter sürən məktəbli balaca qızı vuraraq qaçdı - VİDEO
Çimərlikdə heyvana şiddət göstərən şəxs saxlanıldı - VİDEO
Azərbaycanda iki kişi axtarışa verildi; qadın alverinə görə - FOTO
Xaçmazda qadından ağlasığmaz əməl: Satıcıya psixoloji təsir etdi - İDDİA - VİDEO
Yağıntı meşə yanğınına səbəb ola bilər
Qoyunlar səhralaşmanın qarşısını belə aldı
Kəsişmədə yaranan problem həll edildi - VİDEO
Sovet Azərbaycanına məxsus helikopterdə SSRİ-də ilk rast gəlinən nasazlıq və 14 ÖLÜ










