AMEA-nın vəzifəli şəxslərinin cinayət işi məhkəməyə göndərildi

Azərbaycan Milli Elmlər Akademiyası Lənkəran Regional Elmi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.
Bu barədə Avtosfer.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
İbtidai istintaqla həmin Mərkəzin direktoru Mehman Əliyevin baş mühasib Hasil Əskərov və ümumi işlər üzrə direktor müavini Namik Qasımov ilə cinayət əlaqəsinə girərək vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə vətəndaş Mehman Qəribovun köməkçiliyi ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə 2023-cü ilin noyabr ayından 2025-ci ilin iyun ayınadək əmək funksiyalarını faktiki olaraq icra etməyən şəxslərə əmək haqqının ödənilməsi, qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi adı ilə dövlət büdcəsinin vəsaitinin nağdlaşdırılmasına nail olmaqla onlara etibar edilmiş külli miqdarda pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talamalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Mehman Əliyev və Hasil Əskərova müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə), Namik Qasımova həmin Məcəllənin 179.2.1, 179.2.3, 179.2.4, Mehman Qəribova isə həmin Məcəllənin 32.5, 179.2.1, 32.5, 179.2.3, 32.5, 179.2.4 və digər maddələri ilə ittiham elan edilməklə barələrində polisin nəzarəti altına vermə növündə əsas, Mehman Əliyev və Namik Qasımov barəsində iş üzrə ibtidai istintaqı aparan müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












