Anasına əsəbiləşdi, məktəbə gəlib arvadını döydü - Tovuzda hadisə

Tovuz rayonunda kişi arvadını orta məktəbdə döyüb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə şəhər ərazisindəki orta məktəblərdən birində baş verib. Rayon sakini, 1994-cü il təvəllüdlü Elvin Məmmədov (soyad şərtidir) evdə onunla birlikdə yaşayan anası ilə mübahisə edib. Mübahisə zamanı anasına əsəbiləşən Elvin acığını həyat yoldaşı Jalədən çıxıb. O, Jalənin saçından tutaraq dartıb. Bu hadisədən əsəbiləşən Jalə evdən çıxaraq yaxınlıqdakı orta məktəbə uşaqlarını gətirməyə gedib. Elvin əsəbi vəziyyətdə onun arxasınca gedərək orta məktəbdə həyat yoldaşını yaxalayıb. O, Jaləni orta məktəbin müəllim və şagird kollektivi qarşısında döyüb, ona xəsarətlər yetirib. Hadisə yerinə polis əməkdaşları gəliblər, E.Məmmədov saxlanılıb, faktla bağlı protokol tərtib olunaraq iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Məmmədov 1 ay müddətinə inzibati qaydada həbs edilib.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












