Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

Keçən ilin avqustunda Sumqayıtın Corat qəsəbəsində 37 yaşlı anası G.Zülfüqarovanı qətlə yetirməkdə, 11 yaşlı qardaşına isə ağır xəsarətlər yetirməkdə təqsirləndirilən 16 yaşlı Rasimə (şərti) hökm oxunub.
“Qafqazinfo” xəbər verir ki, yetkinlik yaşına çatmayan oğlan Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9 (xüsusi amansızlıqla adam öldürmə, iki və ya daha çox şəxsi öldürməyə cəhd və s.) maddələri ilə təqsirli bilinib.
Məhkəmədə bildirilib ki, hadisədən əvvəl 16 yaşlı Rasim bir neçə dəfə evdən kiçik məbləğlərdə pul oğurlayıb. Orta məktəbdə təhsilini yarımçıq saxlamış və intizamsız hərəkətləri ilə ailədə tez-tez problemlərə səbəb olan yeniyetmə anasının ona bildirdiyi iradlardan və atasına bu barədə bildirməsindən sonra hiddətlənib.
O, hadisənin baş verdiyi gün anası ilə dalaşıb. Bu zaman qadın plastik süpürgə ilə oğlunu vurmaq istəyib. Rasim isə mətbəxdən bıçaq götürərək anasına hücum edib. Bunu görən onun 11 yaşlı qardaşı anası ilə Rasimi aralamağa çalışıb. O, bıçağı götürərək xalçanın altına atıb. Lakin yeniyetmə bıçağı götürərək qardaşına bir neçə zərbə endirib. Həmçinin onun gözü qarşısında anasını çoxsaylı zərbə ilə amansızlıqla qətlə yetirib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasimə 10 il həbs cəzası verilib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, yetkinlik yaşına çatmayan şəxslərə 10 ildən artıq cəza təyin edilmir.
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO










