Arvadını amansızlıqla ÖLDÜRDÜ: “Xəyanətə görə qətlə yetirdim”

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Şəhriyar Ələsgərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs dindirilib. O deyib ki, həyat yoldaşı Ləman Ələsgərovanı xəyanətə görə qətlə yetirib: "Usta idim. Uşaqlarıma özüm baxırdım. Ləman tez-tez evdən gedirdi. O, sərbəst yaşamaq istəyirdi. Ləmanın xəyanətlərini çox tutmuşdum. Ona mane olmamaq üçün suyuma narkotik atıb məni tutdurmaq istəyirdi. Sonra onu xəyanət etdiyinə görə öldürdüm. Mən narkotik istifadəçisi olmamışam. Ona neçə bıçaq zərbəsi vurduğum yadımda deyil". Daha sonra zərərçəkmişin hüquqi varisi, qətlə yetirilən qadının atası Babək Babayev ifadə verib. O, Ş.Ələsgərovun narkotikdən istifadə etdiyini söyləyib. Məhkəmənin növbəti iclası aprelin 20-nə təyin edilib. Qeyd edək ki, hadisə ötən ilin noyabrında Sabunçu rayonunda qeydə alınıb. Pirşağı qəsəbəsində 32 yaşlı Ş.Ələsgərov həyat yoldaşı, 24 yaşlı Ləman Ələsgərovanı şəxsi münasibətlər zəminində mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb. Faktla bağlı Ş.Ələsgərov haqqında Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












