Astarada fərdi yaşayış EVİ YANDI: 2 azyaşlı öldü, 3 nəfər yaralandı - FOTO - VİDEO

Astara rayonunun Kijəbə ərazi vahidliyinə daxil olan ucqar dağ kəndində yerləşən ikimərtəbəli yaşayış evində baş verən yanğında oğlan və qız olmaqla iki azyaşlı ölüb, üç nəfər yaralanıb.
Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, 7 yaşlı Məmmədov Kənan Xətai oğlu və 4 yaşlı Məmmədzadə Zeynəb Xətai qızı yanaraq vəfat ediblər.
25 yaşlı Rəfiqə Mirzəyeva, 30 yaşlı Xətai Məmmədov və 1965-ci il təvəllüdlü İmaməddin Xanağa oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
**
Astara rayonunun Kijəbə ərazi vahidliyinə daxil olan ucqar dağ kəndində yerləşən ikimərtəbəli yaşayış evində baş verən yanğında oğlan və qız olmaqla iki azyaşlı ölüb, bir nəfər yaralanıb.
Onların 4 və 7 yaşı olub.
Bildirilib ki, uşaqların babaları 1965-ci il təvəllüdlü İmaməddin Xanağa oğlu Məmmədov sol yuxarı ətrafın və bədənin müxtəlif nahiyyələrinin çoxsaylı yanığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
**
Astara rayonunun Kijəbə ərazi vahidliyinə daxil olan ucqar dağ kəndində yerləşən yaşayış evində gecə saatlarında yanğın baş verib.
Hadisə zamanı iki azyaşlı yanaraq ölüb.
Meyitlər daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Əlavə məlumat veriləcək.
Elektrovozun qarşısına çıxan kişi ÖLDÜ - FOTOLAR
Oğurluq edən keçmiş məhkumlar SAXLANILDI
Qayda pozan piyadanın vecsizliyi sürücünün diqqətindən yayınmadı - VİDEO
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - VİDEO
Fira Cəlilovanın evinə basqın edildi - DİN-dən açıqlama - VİDEO
Xaçmazda quma batan maşını çıxarmağa gələn texnikalar da batdı - VİDEO
Bakıxanovda ağac budaqları sürücüləri əks yola çıxmağa məcbur edir - VİDEO
Biləcəridə aylardır qazılan yol sürücüləri tıxacda gözlədir - VİDEO
Xırdalanda avtobus qazılmış yolda ilişib qaldı - VİDEO
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü











